...

Mexikoda pirotexniki vasitələrin istehsalı sahəsində partlayış baş verib, ölənlər var

Dünya xəbərləri Materials 28 May 2022 01:47 (UTC +04:00)
Mexikoda pirotexniki vasitələrin istehsalı sahəsində partlayış baş verib, ölənlər var

Bakı. Trend:

Meksikanın Mexiko ştatının Sumpanqo bələdiyyəsində pirotexniki məmulatların istehsalı sahəsində güclü partlayış baş verib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli fövqaladə hallar idarəsi məlumat yayıb.

Məlumata görə, partlayış iki nəfərin həyatına son qoyub, azı beş nəfər yaralanıb.

Hadisə yerinə onlarla yanğınsöndürən və fövqəladə hallar xidmətinin əməkdaşı cəlb edilib, hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Partlayış nəticəsində bir neçə emalatxananın dağıldığı, tüstü sütununun bir neçə yüz metr qalxdığı bildirilir. Hələlik insidentə nəyin səbəb ola biləcəyi barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti