...

Tehranda atışma olub, 2 polis əməkdaşı güllələnib

Dünya xəbərləri Materials 28 May 2022 12:33 (UTC +04:00)
Tehranda atışma olub, 2 polis əməkdaşı güllələnib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İranın paytaxtı Tehranda atışma nəticəsində 2 polis əməkdaşı yaralanıb.

Trend-in məlumatına görə, bunu Tehran Polis rəisinin müavini polkovnik Murad Muradi deyib.

M.Muradinin sözlərinə görə, hadisə bir qrup şəxsin İranın Şəhid və Qazilər Fondunun qarşısında toplaşdığı vaxt baş verib. Nəticədə bir polis üz nahiyəsindən, bir polis isə ayaq nahiyəsindən yaralanıb, yaralılar xəstəxanaya yerləşdirilib.

M.Muradi atəş açan şəxsin saxlanıldığını bildirib.

Xatırladaq ki, ötən gün də İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində naməlum silahlı şəxslərin atəş açması nəticəsində polis kapitanı Abbas Rahancam öldürülüb və həyat yoldaşı yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti