Bakı. Trend:
Fars körfəzində İranın Qeşm adası yaxınlığında yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bunu İranın Qeşm rayonu icra başçısı Məhəmməd Məhəmmədhüseyni deyib.
Onun sözlərinə görə, ilkin məlumatlara əsasən təyyarənin iki pilotu sağ-salamatdır və balıqçılar tərəfindən ixlas olunublar.
Təlim təyyarəsi İranın Bəndər Abbas şəhərindən Qeşm adasına uçurmuş.
Faktla bağlı araşdırma aparılır.