Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi xüsusi əməliyyat nəticəsində 4 PKK terrorçusu zərərsizləşdirilib.
Trend xəbər verir ki, bu barədə "Anadolu"ya təhlükəsizlik strukturlarında mənbələr bildirib.
Məlumata əsasən, xüsusi əməliyyat İraqın Qara rayonunda keçirilib. Əməliyyatda Milli Kəşfiyyat Xidməti də iştirak edib.