...

Neftin qiymətinin kəskin artması Afrika ölkələrində yanacaq qıtlığına səbəb olub

Dünya xəbərləri Materials 1 İyun 2022 21:37 (UTC +04:00)
Neftin qiymətinin kəskin artması Afrika ölkələrində yanacaq qıtlığına səbəb olub

Bakı. Trend:

Rusiya neftinin tədarükündəki məhdudiyyətlərin də səbəb olduğu enerji qiymətlərinin kəskin artması Afrikada yanacaq qıtlığına səbəb olub.

Trend "Reuters" agentliyinə istinadla xəbər verir ki, bir qayda olaraq, kiçik istehsal gücünə malik olan Afrikanın enerji şirkətləri uzun illərdir ki, xam neft və neft məhsullarını ya Yaxın Şərqdən, ya da Asiya-Sakit okean regionundan alıblar.

İxracatçılar əsas neft tankerlərini Toqo sahillərinə göndərərək, buradan yanacağı daha kiçik partiyalara bölüşdürür və daha sonra spot qiymətlərlə satırdı. Afrika istehsalçıları uzunmüddətli müqavilələr əsasında neft idxal edə bilmədiklərindən, onlar elə bir vəziyyətə düşüblər ki, yüksək enerji qiymətləri səbəbindən istehsalı əhəmiyyətli dərəcədə azaltmağa məcbur olublar.

CAR, Kamerun, Qana və Seneqaldakı bir neçə neft emalı zavodu istehsalı tamamilə dayandırmaq məcburiyyətində qalıb. Afrikanın ən böyük neft istehsalçısı və ixracatçısı olan Nigeriya da çətinliklərlə üzləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti