Bakı. Trend:
Dünyada təxminən 1,6 milyard insan aclıq və yoxsulluq riski altındadır.
Trend xəbər verir ki, bu barədə BMT-nin Qida, Enerji və Maliyyə Sistemləri üzrə Qlobal Böhran Qrupunun hesabatında deyilir.
"94 ölkədə təqribən 1,6 milyard insan böhranın ən azı bir aspektindən təsirlənir və təxminən 1,2 milyard insan "mükəmməl fırtına" şəraitində olan ölkələrdə yaşayır, onlar hər üç aspektə qarşı - ərzaq, enerji və maliyyə baxımından ciddi həssasdırlar", - deyə hesabatda bildirilir.