...

Bayden ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyalarını daha bir il uzadıb

Dünya xəbərləri Materials 14 İyun 2022 05:12 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden ABŞ-ın Şimali Koreyaya qarşı birtərəfli sanksiyalarını daha bir il uzadıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən açıqlanan sənədlərdə qeyd olunub.

Məlumata əsasən, söhbət prezidentin 2008, 2010, 2011, 2015, 2016 və 2017-ci illərdə imzalanmış bir sıra fərmanları əsasında tətbiq edilən məhdudiyyətlərin qüvvədə saxlanılmasını nəzərdə tutan Pxenyana qarşı fövqəladə vəziyyət rejiminin uzadılmasından gedir.

O zaman Vaşinqtonun gördüyü tədbirlər, xüsusən Pxenyanın kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin yayılmasının qarşısını almağa yönəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti