...

Finlandiyanın NATO-ya daxil olma məsələsi dodndurula bilər

Dünya xəbərləri Materials 15 İyun 2022 06:02 (UTC +04:00)

Bakı. Trend:

Finlandiyanın NATO-ya qəbulu məsələsi Alyansın Madriddə keçiriləcək zirvə görüşünə qədər Türkiyə ilə razılığa gəlmək mümkün olmadıqda dondurula bilər.

Trend xəbər verir ki, bu ehtimalla ölkənin baş naziri Sanna Marin çıxış edib.

"Hesab edirəm ki, indiki mərhələdə irəliləmək son dərəcə vacibdir. Madriddəki zirvə görüşünə qədər bu məsələləri həll etməsək, vəziyyətin yerində donma ehtimalı var", - o qeyd edib.

Baş nazir adıçəkilən məsələsinin hansı müddətdə dondurula biləcəyi haqqında hər hansı fikir bildirməyib.

"Finlandiya Türkiyənin narahatlığını ciddi qəbul edir və anlaşılmazlıqları aradan qaldırmaq niyyətindədir", - S.Marin əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti