Bakı. Trend:
Türkiyənin "Baykar" şirkətinin istehsal etdiyi "Bayraktar Akıncı" hücum pilotsuz uçuş aparatı (PUA) TÜBİTAK-ın "KGK-SİHA-82" mərmisi ilə ilk atış sınağını həyata keçirib.
Bu barədə Trend-ə "Baykar" şirkətindən bildiriblər.
Qeyd olunub ki, "KGK-SİHA-82" mərmisi ilə ilk atış uğurla həyata keçirilib.
Xatırladaq ki, "Bayraktar Akıncı" zərbə PUA-ları ötən ilin avqustunda Türkiyə ordusuna təhvil verilib.