Bakı. Trend:
Rusiyanın İrkutsk vilayətində Baykal gölünün sularında zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsi bildirib.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 06:22-də Baykal gölünün sularında, Bolşoe Qoloustnoye yaşayış məntəqəsindən 47 km məsafədə baş verib.
Episentrdə intensivlik 5,2 bal təşkil edib. İrkutsk şəhərində təkanlar 2-3 bal gücündə hiss olunub, dağıntılar yoxdur.