...

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfəri keçib

Dünya xəbərləri Materials 19 İyun 2022 08:13 (UTC +04:00)
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfəri keçib

Bakı. Trend:

Hindistanın şimal-şərqindəki Assam və Meqalaya ştatlarında daşqınlar və nəticədə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə "Press Trust of India" xəbər agentliyi məlumat yayıb.

Daha əvvəl yerli hakimiyyət orqanları 31 nəfərin öldüyün bildirirdi.

Agentliyinin məlumatına görə, güclü musson yağışları nəticəsində yaranan daşqınlar 3,1 milyon insana ziyan vurub. Üç uşaq olmaqla 10-a yaxın adam itkin düşüb.

NDTV kanalının bildirir ki, Assamda 4 minə yaxın kənd daşqın zonasında qalıb, 156 min insan 514 müvəqqəti yaşayış düşərgəsinə köçürülüb. Leysan və torpaq sürüşmələri azı 234 yerli avtomobil yoluna və 16 körpüyə ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti