...

Britaniyada dəmiryol işçilərinin son 30 ildə ən iri tətili başlayıb

Dünya xəbərləri Materials 21 İyun 2022 11:10 (UTC +04:00)
Britaniyada dəmiryol işçilərinin son 30 ildə ən iri tətili başlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada dəmiryol işçilərinin genişmiqyaslı tətili başlayıb.

Trend-in məlumatına görə, ölkənin dəmiryol, dəniz və nəqliyyat həmkarlar ittifaqlarının elan etdiyi tətil iyunun 21-i, 23-ü və 25-də keçiriləcək.

Tətilin ilk günündə ölkənin ən böyük dəmiryol şirkəti olan "Network Rail"lə yanaşı, daha 13 şirkət, eləcə də London metropoliteninin 50 min əməkdaşı qatılıb.

Böyük Britaniya ərazisinin böyük hissəsində qatarların hərəkəti dayanıb. Mütəxəssislərin fikrincə, bu 1989-cu ildən ölkədə elan olunmuş ən irimiqyaslı tətildir.

Aksiyaya səbəb olaraq həmkarlar təşkilatların əməkhaqqı artımının dondurulması və ixtisarlar, həftəlik iş saatının 35 saatdan 40 saata çatdırılması, bilet satışı kassalarının bağlanması kimi qəraları göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti