...

Rusiyada eniş zamanı sərnişin təyyarəsinin şassisi yanıb

Dünya xəbərləri Materials 21 İyun 2022 17:01 (UTC +04:00)
Rusiyada eniş zamanı sərnişin təyyarəsinin şassisi yanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın İrkutsk şəhərinin hava limanında eniş zamanı An-24 təyyarəsinin şassisi yanıb.

Trend-in məlumatına görə, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu bildirib.

Qeyd olunur ki, insident zamanı təyyarədə 38 sərnişin olub. Sərnişin və heyət üzvləri arasında xəsart alanların olmadığı deyilir.

Məlumata əsasən, təyyarə eniş edərkən şassi ilişib və sürətli sürtünmə nəticəsində təkərlər yanmağa başlayıb.

Təyyarəni təhlükəsiz şəkildə endirmək mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti