Bakı. Trend:
Tunisin hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş baş nazir Həmadi Cəbalini saxlayıblar.
Trend-in məlumatına görə, bu barədə "AlHadath" televiziya kanalı mənbələrə istinadən bildirib.
Məlumata əsasən, keçmiş baş nazir çirkli pulların yuyulmasında şübhəli bilinir. Bildirilib ki, H.Cəbali ailə üzvləri ilə birlikdə qaldığı evində saxlanılıb.
H.Cəbali 2011-2013-cü illərdə Tunisin baş naziri olub.