Bakı. Trend:
NATO liderləri rəsmi şəkildə İsveç və Finlandiyanı alyansa dəvət edib.
Trend-in məlumatına görə, bu barədə NATO liderlərinin görüşünün yekununda yayımlanan bəyanatda deyilir.
"Biz bir daha açıq qapılar siyasətinə sadiqliyimizi təsdiq edirik. Bu gün Finlandiya və İsveçi alyansın üzvü olmağa dəvət etmək qərarı verdik və Qoşulma haqda protokolların imzalanması barədə razılıq əldə etdik", - bəyanatda deyilir.
Qeyd olunur ki, iki ölkənin qatılması NATO-nu daha güclü, Avro-Atlantika regionunu daha təhlükəsiz edəcək.
Bu gün, həmçinin NATO sammiti çərçivəsində Şimali Atlantika Şurasının iclası keçiriləcək.