Bakı. Trend:
2022-ci ilin mayında Türkiyənin xarici ticarət dövriyyəsi 48,572 milyard dollar təşkil edib.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-ə ölkənin Ticarət Nazirliyindən bildiriblər.
May ayında Türkiyənin ixracı ötən ilin mayı ilə müqayisədə 15,3 faiz artaraq 19,984 milyard dollara, idxalı isə 43,5 faiz artaraq 29,588 milyard dollara çatıb.
Türkiyənin 2022-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 248,144 milyard dollar təşkil edib.
Hesabat dövründə Türkiyənin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz artaraq 102,469 milyard dollara, idxalı isə 40,8 faiz artaraq 145,675 milyard dollara çatıb.
Qeyd edək ki, 2021-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsi 496,715 milyard dollar, ixracı 225,291 milyard dollar, idxalı 271,424 milyard dollar təşkil etmişdi.
(Tərcümə: Orxan Nəbiyev)