Bakı. Trend:
Bu gün Ankarada Türkiyə və Ukrayna hərbi nümayəndə heyətləri arasında görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.