...

Fransada 40 miqrant saxlanılıb

Dünya xəbərləri Materials 5 İyul 2022 02:27 (UTC +04:00)
Fransada 40 miqrant saxlanılıb

Baki. Trend:

Fransa polisi Böyük Britaniyaya qayıqla keçməyi planlaşdıran 40-a yaxın miqrantı La-Manş boğazı sahillərində saxlayıb.

Trend-in məlumatına görə, bu barədə "France Bleu" agentliyi xəbər verib.

Məlumata əsasən, miqrantlar iyulun 3-dən 4-nə keçən gecə Sen-Kenten-an-Turmon kommunası (Somma departamenti) yaxınlığında saxlanılıblar. Patrul gəmisi onları suya girən zaman görüb.

Bildirilir ki, saxlanılan miqrantlar əksəriyyəti Misir və digər Afrika ölkələrindən, həmçinin Albaniyadan olub. Onların bir çoxuna daha əvvəl Fransanı tərk etmələri barədə xəbərdarlıq edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti