...

Bayden Əfqanıstanı ABŞ-ın NATO xaricindəki əsas müttəfiqi statusundan məhrum edəcək

Dünya xəbərləri Materials 7 İyul 2022 06:01 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə Əfqanıstanı ABŞ-ın NATO xaricindəki əsas müttəfiqi statusundan məhrum qərarı barədə məlumatlandırıb.

Trend xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada deyilir.

"Mən Əfqanıstanın ABŞ-ın NATO xaricindəki əsas müttəfiqi statusunu ləğv etmək niyyətimi bildirirəm", - deyə açıqlamada deyilir.

ABŞ Əfqanıstanı NATO xaricindəki əsas müttəfiqləri sırasına 2012-ci ildə daxil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti