...

NASA ilk dəfə "James Webb" teleskopu ilə çəkilən görüntünü paylaşıb (FOTO)

Dünya xəbərləri Materials 12 İyul 2022 04:29 (UTC +04:00)
NASA ilk dəfə "James Webb" teleskopu ilə çəkilən görüntünü paylaşıb (FOTO)

Bakı. Trend:

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) öz saytında "James Webb" teleskopundan istifadə edərək elmi məqsədlər üçün çəkilmiş ilk görüntünü nümayiş etdirib.

Trend xəbər verir ki, söhbət "uzaq Kainatın bu günə qədər ən dərin və ən aydın infraqırmızı təsvirindən" gedir.

NASA-nın rəhbəri Bill Nelson qeyd edib ki, görüntüdə "Kainatın kiçik bir hissəsi" var.

"Biz 13 milyard ildən çox geriyə baxırıq. İşıq saniyədə 186 000 mil (299 792 458 m/s) sürətlə hərəkət edir və gördüyünüz o kiçik nöqtələrdən birindən gələn işıq 13 milyard ildən çox səyahət edib", - deyə B.Nelson bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti