...

Ukrayna “taxıl dəhlizi”nin yaradılmasının detallarını BMT ilə razılaşdırmağı planlaşdırır

Dünya xəbərləri Materials 14 İyul 2022 06:20 (UTC +04:00)
Ukrayna “taxıl dəhlizi”nin yaradılmasının detallarını BMT ilə razılaşdırmağı planlaşdırır

Bakı. Trend:

Ukrayna yaxın günlərdə BMT-nin baş katibi Antonio Quterreşlə “taxıl dəhlizi”nin yaradılmasının detallarını razılaşdırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində deyib.

"Bu gün bizim ölkədən Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracının bərpası üçün Türkiyədə keçirilən görüşlə bağlı çoxlu xəbərlər var. Biz həqiqətən də dünya bazarına ərzaq tədarükünü bərpa etmək üçün əhəmiyyətli səylər göstəririk. Mən BMT-yə və Türkiyəyə müvafiq səylərə görə minnətdaram”, - deyə V.Zelenski bildirib.

O vurğulayıb ki, bu uğur təkcə Ukrayna üçün deyil, bütün dünya üçün lazımdır.

"Ukrayna nümayəndə heyəti mənə bildirdi ki, müəyyən irəliləyiş var. Yaxın günlərdə BMT-nin baş katibi ilə detalları razılaşdıracağıq", - V.Zelenski əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti