Bakı. Trend:
ABŞ 2023-cü ildə neft hasilatını rekord səviyyəyə çatdırmaq niyyətindədir.
Trend xəbər verir ki, bunu "CNN" telekanalının efirində Ağ Evin Milli Təhlükəsizlik Şurasında Strateji Kommunikasiyalar üzrə Koordinator Con Kirbi deyib.
"Biz gələn il daha çox, tarixi səviyyədə neft hasil etmək yolundayıq", - deyə C.Kirbi bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden dünya liderləri ilə neft hasilatını müzakirə etməyi səbirsizliklə gözləyir.