Bakı. Trend:
ABŞ Yaxın Şərqi tərk etmək niyyətində deyil, region ölkələri üçün tərəfdaş olaraq qalacaq.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden Ciddədə (Səudiyyə Ərəbistanı) Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının liderləri ilə görüşü zamanı deyib.
"“ABŞ Yaxın Şərq ilə bağlı işlərə cəlb edilən fəal tərəfdaş olaraq qalmaq niyyətindədir. Çünki dünya daha rəqabətli olduqca və üzləşdiyimiz çağırışlar daha mürəkkəbləşdikcə, ABŞ-ın maraqları ilə Yaxın Şərqin uğurlarının necə bir-birinə bağlı olduğu mənə daha aydın olur", - deyə ABŞ prezidenti bildirib.