...

Türkiyə Suriyadan terrorçuları çıxarmaqda qətiyyətlidir - Ərdoğan

Dünya xəbərləri Materials 19 İyul 2022 23:45 (UTC +04:00)
Türkiyə Suriyadan terrorçuları çıxarmaqda qətiyyətlidir - Ərdoğan

Bakı. Trend:

Türkiyə Suriyadan terrorçuları çıxarmaqda qətiyyətlidir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Astana” formatındakı sammitində deyib.

"Biz terrorçuları Suriyadan çıxarmaqda qətiyyətliyik. Separatçı terror təşkilatları Suriyadan tamamilə çıxarılmalıdır. Astana prosesinin qarant ölkələri olaraq Rusiya Federasiyası və İranın bu mübarizədə Türkiyəyə dəstək verməsini gözləyirik. Aydın şəkildə başa düşmək lazımdır ki, bölgəmizin gələcəyi üçün separatçı terrorizmə və onun təzahürlərinə yer yoxdur", - deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə prezidenti həmçinin bildirib ki, suriyalı qaçqınların öz ölkələrinə təhlükəsiz qayıtması da Astana prosesinin gündəmindəki mühüm məsələlərindən biridir. Onun sözlərinə görə, Suriyanın şimalındakı Tel Rifat və Mənbic “terrorçular üçün limana” çevrilib və həmin əraziləri onlardan təmizləmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti