Bakı. Trend:
İranın Fars əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Trend bu barədə "IRNA" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, eyni zamanda 13 nəfər itkin düşmüş hesab olunur.
İlkin olaraq 6 nəfərin həlak olması, bir neçə nəfərin yaralanması haqqında məlumat verilib.
Hazırda xəsarət alanların sayı 55 nəfərdir. Ölən və yaralananların sayının daha çox ola biləcəyi ehtimal edilir.