...

Gələn il Avroviziya mahnı müsabiqəsi Ukraynada keçirilməyəcək

Dünya xəbərləri Materials 25 İyul 2022 15:26 (UTC +04:00)
Gələn il Avroviziya mahnı müsabiqəsi Ukraynada keçirilməyəcək
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il Avroviziya mahnı müsabiqəsi Böyük Britaniyada keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə müsabiqənin təşkilatçıları olan Avropa Yayım İttifaqı (EBU) qərar verib.

Qeyd olunur ki, təşkilatçılar gələnilki müsabiqənin Ukraynada keçirilməsinin mümkün olmadığını bildirib.

Bunun əvəzində Avroviziyanın təşkili bu il ikinci yeri tutmuş Böyük Britaniyaya həvalə edilib.

Xatırladaq ki, bu ilin mayında İtaliyada keçirilmiş Avroviziya mahnı müsabiqəsində Ukrayna qalib gəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti