...

Niderlandda meymunçiçəyinə qarşı vaksinasiya başlayıb

Dünya xəbərləri Materials 25 İyul 2022 16:35 (UTC +04:00)
Niderlandda meymunçiçəyinə qarşı vaksinasiya başlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandda meymunçiçəyi virusu əleyhinə profilaktik vaksinasiya başlayıb.

Trend-in məlumatına görə, ilkin mərhələdə peyvəndlər əsasən virusun daha çox yayıldığı Amsterdam və Haaqa şəhərlərində vurulub.

Bu mərhələdə 32 min nəfərin vaksinlənməsi nəzərdə tutulur. Birinci doza vaksindən dörd həftə sonra vurulacaq ikinci dozadan sonra insan tam peyvəndlənmiş hesab olunacaq.

Qeyd edək ki, bu günədək Niderlandda meymunçiçəyinə 712 yoluxma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti