...

Rusiyanın cənubunda uçuşlara məhdudiyyətin müddəti növbəti dəfə uzadılıb

Dünya xəbərləri Materials 28 İyul 2022 10:52 (UTC +04:00)
Rusiyanın cənubunda uçuşlara məhdudiyyətin müddəti növbəti dəfə uzadılıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan uçuş qadağasının müddəti avqustun 5-dək uzadılıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib.

Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərinə şamil olunur.

Sərnişinləri Soçi, Stavropol, Volqoqrad, Mineralnıe Vodı şəhərlərinin hava limanlarına aparmaq tövsiyə edilir.

Regionda uçuşlara mövcud qadağanın müddəti iyulun 30-da bitməli idi.

Xatırladaq ki, Rusiya Ukraynadakı müharibə ilə əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti