Bakı. Trend:
Ötən 10 gün ərzində İranda baş verən daşqınlar nəticəsində 56 nəfər ölüb, 18 nəfər itkin düşüb.
Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Mehdi Vəlipur deyib.
M.Vəlipurun sözlərinə görə, ölkənin ən çox Lorestan, Çahar-Mahal və Bəxtiyari, İsfahan, Yəzd və Tehran vilayətləri daşqınlardan zərər çəkib.
3,8 mindən çox vətəndaş müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Qeyd edək ki, İranın 31 vilayətindən 20-də daşqınlar müşahidə olunur. Təbii fəlakət zonalarına 3 min xilasedici cəlb edilib.