...

İraqda etirazçılar parlament binasına hücum ediblər

Dünya xəbərləri Materials 30 İyul 2022 14:13 (UTC +04:00)
İraqda etirazçılar parlament binasına hücum ediblər
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İraqın paytaxtı Bağdadda siyasi xadim Müqtəda əs-Sədrin tərəfdarları etiraz aksiyalarını davam etdirib.

Trend-in məlumatına görə, Məhəmməd Şiyah əs-Sudaninin namizədliyinin baş nazir vəzifəsinə irəli sürülməsinə etiraz edən aksiya iştirakçıları səsvermənin keçirildiyi parlament binasına daxil olub.

Təhülkəsizlik qüvvələri etirazçıların qarşısını gözyaşardıcı qaz vasitəsilə almağa çalışsa da, bir qrup şəxs binaya daxil ola bilib.

Bundan əvvəl, etirazçılar Konstitusiya məhkəməsinin binasına daxil olmağa çalışmışdı. İlkin məlumatlara əsasən, baş verən iğtişaşlar zamanı azı 4 nəfər xəsarət alıb.

Xatırladaq ki, etirazçılar bir neçə gün əvvəl də parlament binasına daxil olsa da, Müqtəda əs-Sədrin çağırışından sonra binanı tərk etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti