Bakı. Trend:
Prezident Ərdoğanı Ukrayna səfərində müşayiət edən milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Aleksey Reznikov ilə görüşüb.
Trend-in məlumatına görə, Türkiyənin Milli Müdafiə Nazirliyi Hulusi Akarla Aleksey Reznikov arasında baş tutan görüşlə bağlı məlumat yayıb.
Məlumata görə, tərəflər ikitərəfli münasibətlər, əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.