...

BMT Baş Assambleyasının iştirakçılarında peyvənd sertifikatı tələb edilməyəcək

Dünya xəbərləri Materials 20 Avqust 2022 06:28 (UTC +04:00)
BMT Baş Assambleyasının iştirakçılarında peyvənd sertifikatı tələb edilməyəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

BMT Baş Assambleyasının 77-ci Yüksək Səviyyəli Həftəsində iştirak edənlərdən koronavirusa qarşı peyvənd sertifikatı tələb edilməyəcək, lakin bütün iştirakçılar tibbi maskalardan istifadə etməli olacaqlar.

Trend xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidmətindən bildirilib.

"Riskləri idarə etmək və sosial məsafəni qorumaq üçün lazımi məkanı təmin etmək zərurəti ilə əlaqədar BMT Baş Qərargahına giriş məhdudlaşdırılacaq", - deyə açıqlamada deyilir.

Eyni zamanda, yüksək səviyyəli tədbirlər çərçivəsində kənar qonaqların girişi dayandırılacaq, daimi akkreditasiyası olmayan mətbuat üçün isə giriş məhdudlaşdırılacaq.

"Hər kəs beş gün ərzində heç bir simptom hiss etmədiyini və ya COVID-19 üzrə müsbət test vermədiyini təsdiqləməli olacaq", - deyə açıqlamada bildirilir.

Peyvənd olunmamış şəxslər binaya daxil olaraq son 5 gün ərzində koronavirus diaqnozu qoyulmuş şəxslərlə yaxın təmasda olmadıqlarını avtomatik təsdiqləyirlər. Bundan əlavə, iştirakçılardan su və qida qəbulu müddəti istisna olmaqla, qərargahda qaldıqları müddət ərzində tibbi maskalardan istifadə etmək tələb olunur. Maska çıxış zamanı da çıxarıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti