Bakı. Trend:
İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) ümumilikdə 58,75 min ton ərzaq daşıyacaq iki gəminin 27 avqust, şənbə günü, Ukraynanın Çernomorsk limanından yola düşməsinə icazə verib.
Trend-in məlumatına görə, bu barədə Birgə Koordinasiya Mərkəzi xəbər verib.
Məlumata əsasən, "S-Breeze" quru yük gəmisi 44 min ton qarğıdalı ilə Misirə, "Adnan Torlak" gəmisi isə Fransanın Montuar şəhərinə 14,75 min ton rapsa çatdıracaq.
Bundan əlavə, avqustun 27-də Yujnı limanından 5,9 min ton günəbaxan yağı daşıyan “Oris Sofi” gəmisi Türkiyənin təyinat limanına yola düşəcək.