...

Ankara Makronu Fransanın müstəmləkəçi keçmişinin problemlərini tanımağa çağırır

Dünya xəbərləri Materials 27 Avqust 2022 19:47 (UTC +04:00)
Ankara Makronu Fransanın müstəmləkəçi keçmişinin problemlərini tanımağa çağırır

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun Əlcəzairə səfəri zamanı səsləndirdiyi Türkiyə əleyhinə bəyanatlarını pisləyib.

Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-in açıqlamasında deyilir.

"Ümid edirik ki, Fransa yaxın gələcəkdə müstəmləkəçi keçmişinin nəticələrini dərk edə biləcək, Türkiyə və ya başqa bir ölkəyə kölgə salmaqla tarixi reallıqlardan qaçmağa cəhd etməyəcək", - deyə açıqlamada bildirilir.

XİN Fransa rəhbərinin Türkiyəyə qarşı ittihamlarının qəbuledilməzliyini vurğulayıb.

"Əgər Paris hesab edir ki, Afrika qitəsində Fransaya mənfi münasibət var, deməli, bunun səbəbi müstəmləkəçilik keçmişi, eləcə də bu gün qitədəki keçmiş təsirini müxtəlif üsullarla qoruyub saxlamaq cəhdləridir. Fransa reallığı qəbul etməli və yanaşmasını dəyişməyə çalışmalıdır. Paris əvvəlcə öz keçmişi ilə bağlı problemləri tanımalı və onları həll etməyə çalışmalıdır, günahı başqa ölkələrin çiyninə atmamalıdır. Bu həm sosial reallıqlara, həm də tarixi faktlara ziddir, həm də müəyyən siyasətçilərin təhrif olunmuş təsəvvürünün göstəricisidir", - deyə açıqlamada qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti