...

Bayden BMT Baş Assambleyasında ərzaq təhlükəsizliyini müzakirə etmək niyyətindədir

Dünya xəbərləri Materials 7 Sentyabr 2022 06:29 (UTC +04:00)
Bayden BMT Baş Assambleyasında ərzaq təhlükəsizliyini müzakirə etmək niyyətindədir

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden BMT Baş Assambleyasının 77-ci sessiyasında digər məsələlərlə yanaşı, ərzaq təhlükəsizliyi mövzusunu da müzakirə etmək üçün ümumi siyasi müzakirələrdə iştirak edəcək.

Trend xəbər verir ki, bunu jurnalistlər üçün brifinq zamanı Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi deyib.

"Prezident orada, BMT Baş Assambleyasında olmağı səbirsizliklə gözləyir. Təbii ki, BMT-nin gündəliyində çox şey var, o cümlədən ərzaq təhlükəsizliyi. Ərzaq təhlükəsizliyi təbii ki, prezidentin danışacağı məsələlərdən biri olacaq", - deyə C.Kirbi bildirib.

Qeyd edək ki, C.Bayden sentyabrın 18-də Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında ümumi siyasi müzakirələrə qoşulacaq. Əsas tədbirlərin sentyabrın 19-20-də baş tutacağı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti