...

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq məqsədi qoyub - Ərdoğan

Dünya xəbərləri Materials 17 Sentyabr 2022 19:44 (UTC +04:00)
Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq məqsədi qoyub - Ərdoğan

Bakı. Trend:

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq məqsədi qoyub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

"Təbii ki, biz Şanxay beşliyinin üzvü deyilik. Biz ev sahibi Özbəkistanın dəvəti ilə burada xüsusi qonaq kimi iştirak etdik", - deyə Türkiyə prezidenti bildirib.

R.T.Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq hədəfi olduğunu da deyib:

"İndi növbəti proses bu məsələnin ən üst səviyyəsinə doğru bir addımdır. Bu addım təbii ki, qarşıdakı dövrə ev sahibliyi edəcək Hindistanda danışıqlarda daha yüksək səviyyədə ön plana çıxacaq. Üzv olmaq və ya üzv olmamaq ayrı, amma bu addımla bu ölkələrlə münasibətlərimiz çox fərqli mövqeyə çıxacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti