Bakı. Trend:
ABŞ prezidenti Co Baydenin administrasiyası Kubadakı Quantanamo hərbi dəniz bazası ərazisindəki həbsxananın bağlanması üçün səylərini artırıb.
Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti bildirib.
Məlumata əsasən, ABŞ səlahiyyətliləri Dövlət Departamentinin əməkdaşı Tina Kaydanovu Quantanamo üzrə xüsusi nümayəndə təyin edib ki, o, bəzi məhbusların mümkün azadlığa buraxılması və ya üçüncü ölkələrin həbsxanalarına köçürülməsi ilə bağlı işlərinə yenidən baxsın.
Nəşrin məlumatına görə, Quantanamoda 36 məhbus var, həbsxananın saxlanması isə ABŞ hökumətinə ildə 540 milyon dollara başa gəlir.