...

Ankara Mitsotakisə cavab verdi: Yunanıstan özü sanksiyaları pozur və dialoqa məhəl qoymur

Dünya xəbərləri Materials 25 Sentyabr 2022 08:55 (UTC +04:00)
Ankara Mitsotakisə cavab verdi: Yunanıstan özü sanksiyaları pozur və dialoqa məhəl qoymur

Bakı. Trend:

Rəsmi Ankara Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin Türkiyəyə qarşı BMT Baş Assambleyasının tribunasından səsləndirdiyi ittihamları rədd edib.

Trend xəbər verir ki, Türkiyə Yunanıstanın baş nazirinin bəyanatlarını “faktların təhrif edilməsinin və düşmənçiliyin daha bir nümunəsi” adlandırıb.

Türkiyənin BMT-dəki nümayəndəliyi bəyanat yayaraq ölkənin regionda və onun hüdudlarından kənarda oynadığı rolun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Bəyanatda Ankaranın BMT Təhlükəsizlik Şurası səviyyəsində qəbul edilmiş sanksiyaların bütün tələblərini yerinə yetirdiyi vurğulanır.

"Afinanın Ankaraya qarşı məhdudiyyətlərlə bağlı ittihamları “ikili standartların” bariz nümunəsidir, çünki Yunanıstan özü sanksiyalara məruz qalan ölkələrdən gələn tankerlərdən nefti başqa gəmilərə ötürməklə sanksiyaları pozur.

Türkiyə Yunanıstanın ərazi bütövlüyü və birliyi ilə bağlı mübahisə etmir. Bu cür bəyanatlar Türkiyə əleyhinə aparılan təbliğatın tərkib hissəsidir. Ankara, Afinadan fərqli olaraq, Egeydəki mübahisələri həll etmək üçün beynəlxalq hüquqa əsaslanan, dürüst dialoqa çağırır", - deyə bəyanatda bildirilir.

Türkiyə nümayəndə heyəti xatırladıb ki, 1995-ci il iyunun 1-dən Yunanıstan Türkiyəni öz ərazi sularını 6 dəniz milindən artıq genişləndirməklə hədələyir. Bundan əlavə, Yunanıstan Egeyin şərqindəki adalarda getdikcə daha çox silah yerləşdirir və bununla da beynəlxalq öhdəlikləri pozur.

Bununla yanaşı, Yunanıstan tərəfi miqrantları aşağılayır və onların həyatına təhlükə yaradır ki, bu da təkcə Türkiyə tərəfindən deyil, bir çox beynəlxalq təşkilatlar tərəfindən də qeydə alınır. “Yunanıstanı beynəlxalq humanitar hüququn tələblərinə əməl etməyə və Egey dənizində miqrantlara qarşı “qeyri-insani” hərəkətlərə son qoymağa çağırırıq”, - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti