...

Türkiyədə 5,1 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 11 Oktyabr 2022 20:36 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Osmaniyə vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) bildirilib.

Məlumata əsasən, yerli vaxtla saat 18:48-də meydana gələn yeraltı təkanların episentri Osmaniyənin Düziçi rayonu, ocağı isə yerin yeddi kilometr dərinliyindədir.

Yeraltı təkanlar ölkənin Adana, Qaziantep və Hatay vilayətlərində də hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti