...

İsraillə Livan dəniz sərhədlərinin demarkasiyası ilə bağlı saziş imzalayacaq

Dünya xəbərləri Materials 12 Oktyabr 2022 18:22 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Nazirlər Kabineti Livanla dəniz sərhədinin demarkasiyası barədə sazişin imzalanmasına razılıq verib.

Trend-in məlumatına görə, saziş Aralıq dənizi akvatoriyasında İsraillə Livanın iqtisadi zonalarının hüdudlarının müəyyən edilməsini nəzərdə tutur.

Qeyd olunur ki, sənədin imzalanmasının lehinə Nazirlər Kabinetinin əksər üzvləri səs verib.

Öz növbəsində, Livan tərəfi sazişin rəsmi Beyrutun maraqlarına cavab verdiyini bildirib.

Qeyd edək ki, İsraillə Livan arasında əsasən Aralıq dənizindəki qaz yataqlarınınn istifadəsi ilə bağlı mübahisələr yaranırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti