...

Krit adasında güclü qasırğa nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 15 Oktyabr 2022 21:32 (UTC +04:00)
Krit adasında güclü qasırğa nəticəsində bir nəfər ölüb

Bakı. Trend:

Yunanıstanın Krit adasında güclü qasırğa nəticəsində bir neçə nəfər itkin düşüb, bir nəfər ölüb.

Trend "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Kathimerini" nəşri məlumat yayıb.

Bir sıra rayonlarda çaylar daşıb, yolları su basıb. Yanğınsöndürənlər qasırğa nəticəsində doqquz avtomobilin dənizə sürüldüyünü və Sahil Mühafizəsinin onların axtarışında iştirak etdiyini bildirib.

Eyni zamanda, pis hava şəraitinə görə Herakliondan beş kilometr aralıda yerləşən "Nikos Kazandzaikis" hava limanı bağlanıb. Hava limanının rəhbərliyi bildirib ki, uçuşların nə vaxt bərpa olunacağı məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti