...

Rusiya mərkəzi bankı uçot dərəcəsini açıqlayıb

Dünya xəbərləri Materials 28 Oktyabr 2022 15:37 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini 7,5 faiz səviyyəsində dəyişməz saxlayıb.

Trend-in məlumatına görə, bu barədə bankın bu gün keçirilən iclasında qərar verilib.

Bank sentyabrın 19-da öuçot dərəcəsini 9,5 faizdən 7,5 faizədək azaltmışdı.

Xatırladaq ki, Rusiya Bankı fevralın sonunda Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalar fonunda uçot dərəcəsini 9,5 faizdən 20 faizədək yüksəltmişdi.

Aprel ayında isə tənzimləyici uçot dərəcəsini iki dəfə - aprelin 11-də Rusiya Bankı uçot dərəcəsini 20 faizdən 17 faizədək, aprelin 29-da 14 faizədək azaltmışdı. Mayın sonunda isə uçot dərəcəsi 11 faizədək, iyun ayında 9,5 faizədək azaldılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti