...

Volqa-Xəzər kanalında yük gəmisi saya oturub

Dünya xəbərləri Materials 29 Oktyabr 2022 10:54 (UTC +04:00)
Volqa-Xəzər kanalında yük gəmisi saya oturub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Volqa-Xəzər kanalında İrana doğru hərəkət edən yük gəmisi saya oturub.

Trend-in məlumatına görə, bu barədə şənbə günü Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə baş idarəsi bildirib.

Qeyd olunub ki, İranın Əmirabad limanına arpa daşıyan gəmi kanalın 60,2 kilometrliyində saya oturub. Gəmidə 13 heyət üzvü olub. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Gəminin saydan çıxarılması üçün bölgəyə yedək gəmilər göndərilib.

Hadisənin Volqa-Xəzər kanalında gəmiçiliyə maneə törətmədiyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti