...

Rusiyada kafedəki yanğında ölənlərin sayı 13 nəfərə çatıb

Dünya xəbərləri Materials 5 Noyabr 2022 10:26 (UTC +04:00)
Rusiyada kafedəki yanğında ölənlərin sayı 13 nəfərə çatıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Kostroma şəhərində kafedə baş vermiş yanğın nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.

Trend-in şənbə günü verdiyi məlumata görə, bu barədə Kostroma vilayətinin fövqəladə hallar idarəsi bildirib.

Qeyd olunub ki, yanğın 3,5 min kvadrat metr sahəni əhatə edib və kafenin damı çöküb.

Hadisə ilə əlaqədar yaxınlıqdakı evlərdən 15 nəfər təxliyə olunub.

Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti