Bakı. Trend:
Rusiyanın Kostroma şəhərində kafedə yanğın törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə bu gün Kostroma vilayəti Daxili işlər idarəsi bildirib.
Qeyd olunur ki, kafedə yanğına siqnal raketinin buraxılması səbəb olub. Hadisə nəticəsində 13 nəfər həlak olub.
Yanğın 3,5 min kvadratmetr sahəni əhatə edib və nəticədə kafenin damı çöküb. Binadan 250-yə yaxın şəxs təxliyə olunub.
Gecə saatlarında başlayan yanğının qarşısını səhər tamamilə almaq mümkün olub.