...

Parisdə tətillə əlaqədar 30-dan çox metrostansiya bağlanıb

Dünya xəbərləri Materials 10 Noyabr 2022 17:43 (UTC +04:00)
Parisdə tətillə əlaqədar 30-dan çox metrostansiya bağlanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə ictimai nəqliyyat işçilərinin tətili ilə əlaqədar bu gün 30-dan çox metro stansiyası bağlanıb.

Trend-in məlumatına görə, tətil nəticəsində Parisin 15 metro xəttindən 8-də hərəkət pozulub.

Tətil iştirakçıları əməkhaqlarının artımı tələbi ilə çıxış edir.

Parisin daxil olduğu İl-de-Frans regionunda tətillə əlaqədar böyük tıxaclar müşahidə olunub. Paris və onun ətrafında tıxacların ümumi uzunluğu 359 kilometrə çatıb.

Bundan başqa, Fransanın digər şəhərlərində tətillər davam edir.

Ölkənin şimalındakı Strasburq şəhərində təxmin 20 avtobus marşrutunun hərəkəti dayanıb. Fransanın cənubundakı Tuluza şəhərində isə hava limanına gedən avtovus reysləri dayandırılıb.

Qeyd edək ki, bu gün Londonda da metropolietn işçiləri birgünlük tətil keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti