...

Tramp Nevada və Arizona ştatlarında səslərin hesablanmasında saxtakarlığın ola biləcəyindən narahatdır

Dünya xəbərləri Materials 10 Noyabr 2022 21:53 (UTC +04:00)
Tramp Nevada və Arizona ştatlarında səslərin hesablanmasında saxtakarlığın ola biləcəyindən narahatdır

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp demokratların ABŞ Senatına nəzarəti təmin etmək üçün əsas sayılan Arizona və Nevada ştatlarında aralıq seçkilərinin səslərinin hesablanmasına müdaxilə edə biləcəyindən narahatdır.

Trend xəbər verir ki, bu barədə keçmiş prezident özünün "Truth Social" sosial şəbəkəsindəki hesabında bildirib.

"Nevada ştatının Klark dairəsində korrupsiyalı səsvermə sistemi var, diqqətli olun Adam (Laskalt, Senatda Respublikaçılar Partiyasının namizədi - red.). Tezliklə üçüncü dünya ölkəsinə çevriləcək ölkəmizdə bir çox yerlərdə olduğu kimi. Arizona deyir ki, onlar "həftənin sonuna" kimi səsləri sayacaqlar - yalan üçün daha çox vaxt istəyirlər", - deyə D.Tramp bildirib.

D.Tramp əlavə edib ki, Respublikaçıların nümayəndəsi Keri Leyk Arizona ştatının qubernatoru vəzifəsinə seçkilərdə mütləq qalib gəlməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti