...

Trudo və Meloni G20 sammitində görüşmək barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 11 Noyabr 2022 04:28 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın və İtaliyanın baş nazirləri Castin Trüdo və Corce Meloni arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə cümə axşamı Kanadanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, iki ölkənin baş naziri G20 sammitində görüşmək barədə razılığa gəliblər.

"Liderlər iki ölkə arasında, o cümlədən G7 və NATO çərçivəsində güclü əlaqələrin qurulmasının vacibliyini müzakirə ediblər. Baş nazir C.Trüdo və Baş nazir C.Meloni gələn həftə İndoneziyada keçiriləcək G20 Sammitində şəxsən görüşməyi səbirsizliklə gözləyirlər", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Kanada və İtaliyanın baş nazirləri Ukraynadakı vəziyyəti və iki ölkə arasında ticarət əlaqələrini də müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti