...

İsrail İran PUA-ları ilə bağlı Rusiyaya etirazını bildirib

Dünya xəbərləri Materials 21 Noyabr 2022 15:10 (UTC +04:00)
İsrail İran PUA-ları ilə bağlı Rusiyaya etirazını bildirib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Rusiyaya Ukrayna ərazisində İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) mümkün istifadəsi ilə bağlı etirazını bildirib.

Trend-in "Israel National News" nəşrinə istinadən məlumatına görə, bunu bu gün ölkəni Milli Təhlükəsizlik Şurasının rəhbəri Eyal Hulata deyib.

O bildirib ki, bu məsələ Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüş zamanı müzakirə olunub.

İsrail tərəfinin məlumatlarına əsasən, İran "Shahed-136" dronları ilıə yanaşı, Rusiyaya ballistik raketlər də təhvil verməyə hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti