Bakı. Trend:
"OPEK" nazirlərinin dekabrın 3-də və "OPEK+" nazirlərinin dekabrın 4-də görüşləri videokonfrans vasitəsilə keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə bir neçə nümayəndə deyib.
"Görüşlərin onlayn keçiriləcəyi təsdiqlənib", - deyə onlar bildiriblər.
Qeyd edək ki, sentyabrın sonunda "OPEK+" nazirləri iki ilə yaxın onlayn görüşlərdən sonra ilk dəfə şəxsən görüşmək qərarına gəliblər. Danışıqlar oktyabrın 5-də Vyanada danışıqlar aparılıb. Orada noyabrdan neft hasilatının kvotalarının sutkada 2 milyon barrel azaldılması barədə qərar qəbul edilib.